Ceyhan limanından 2,5 milyon ton neft dünya bazarlarına çıxarılıb
14 Yanvar 2013 19:12 İqtisadiyyat2012-ci ilin dekabr ayı ərzində 2 milyon 513 min 505 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 647 min 563 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edir. "Azadinform" xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29 milyon 299 min 5 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cü il yanvar ayının 1-ə qədər Ceyhan limanından 203 milyon 317 min 33 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31