195 Telefon Məlumat Xidmətinə daxil olan müraciətlərin sayı artıb

2012-ci il ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətində vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 273131 sayda müraciət cavablandırılıb, vergi ödəyicilərinə 596866 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib. Nazirliyin Analitik İnformasiya Şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş  müraciətlərin 138910-u canlı rejimdə müfəttiş operatorlar, 134221-i isə avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş operatorlar tərəfindən cavablandırılmış suallar arasında elektron xidmətlər (25,3%), vergi növləri (13,5%), qeydiyyat (14,3%) barədə suallar, avtomatik rejimdə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (72%) və dövlət büdcəsinə olan vergi borcları (26,6%) barədə müraciətlər üstünlük təşkil edib. 2012-ci ildə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 2011-ci ilə nisbətən 18.2% azalıb. İl ərzində  vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 744 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31