5000-dən çox pirat disk məhv edilib

Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı Amin Hümbətova məxsus mağazada aşkar edilmiş pirat CD və DVD-nin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən həmin sahibkara icrası məcburi göstəriş verilmişdi.
Bununla əlaqədar olaraq, mağazada satışdan çıxarılmış 5047 ədəd pirat CD və DVD-lər qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31