Nazirlik mağazalarda yoxlama apardı
24 May 2012 18:06 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Yasamal rayonunda M.Muxtarov küçəsi, ev 50, qeyri-yaşayış sahəsində Tural Cəfərova məxsus mağazada; Binəqədi rayonunda Y.Hüseynov küçəsində yerləşən "Biləcəri market"də və Vüqar İsmayılova məxsus mağazada; saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Nizami rayonunda R.Rüstəmov küçəsi, ev 76 ünvanında yerləşən "Şahin market"də; Q.Qarayev prospektindəki "Nur market"də və Seymur Nağıyevə məxsus mağazada; Yasamal rayonunda 3153-3152-ci məhəllədə yerləşən "Sizin market"də; Şərifzadə küçəsi, ev 108, mənzil 15 ünvanındakı "Həyat market"də; Binəqədi rayonunda Y.Hüseynov küçəsində Fəxri Quliyevə məxsus mağazada və "Fironi market"də; saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkar olunmuşdur. Xırdalan şəhərində - H.Əliyev prospekti, 28-ci məhəllədə Sevindik Şahmarlıya məxsus mağazada; Şəmkir şəhərində - 20 Yanvar küçəsində Rövşən Bayraməliyevə məxsus mağazada; Şirvan şəhərində G.Şıxbalaoğlu küçəsində İlham Əhmədova məxsus mağazada; Zaqatala şəhərində Bazar ərazisində Şamay Ömərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilmişdir. Gəncə şəhərində N.Nərimanov prospektində Həsən Məmmədova və Gülarə İbrahimovaya məxsus mağazalarda; Şirvan şəhərində Ticarət mərkəzində Əmənulla Məmmədova məxsus mağazada; Goranboy rayonunda M.Məhərrəmov küçəsində Ceyhun İsmayılova və Rövşən Mustafayevə məxsus mağazalarda; İmişli rayonunda Bakı küçəsində Qabil İslamova məxsus mağazada; Kürdəmir rayonunda Təzə Bazar ərazisində Bahadur Mustafayevə məxsus mağazada; Bazar daxilində Nemət Tağıyevə məxsus mağazada; Şəmkir şəhərində - 20 Yanvar küçəsində Sərxan Əkbərova məxsus mağazada; Ağdam rayonunda -Zangişanlı kəndində Valeh Cabbarova məxsus mağazada; saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir.
Ümumilikdə, monitorinqlər zamanı 560 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.