Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2266 074 nəfərə çatıb
9 Yanvar 2013 15:50 İqtisadiyyat2013-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,2 faiz artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan "Olaylar"a verilən məlumata görə, 2012-ci il ərzində Fond tərəfindən əlavə olaraq 299 220 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2266 074 nəfərə yüksəlib. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 57,1 faizi kişi, 42,9 faizi isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,8 faizini 30 yaşa kimi vətəndaşlar, 23,5 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 23,1 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,3 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,3 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.