“Qaradağ-S” MMC-yə maliyyə sanksiyası tətbiq edildi

Məlumat verildiyi kimi, "Qaradağ-S" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Qaradağ-S" adlı M-400 markalı 40 kq-lıq sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi, həmin sementin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən kənarlaşma həddinin yanlış göstərilməsi, M-300 markalı 40 kq-lıq sementlərin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən maksimal kənarlaşma həddinin göstərilməməsi səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Qaradağ-S" MMC-yə 14,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31