Gürcüstan hökuməti yanacağı Rusiya şirkətindən alacaq

Konsolidə edilmiş tenderin qalibi “Lukoyl” olub

Gürcüstan hökuməti "Lukoyl" şirkətindən "Super", "Premium" markalı benzini, habelə "Eurodizel" yanacağı alacaq. ANS PRESS-in "Georgia Online" saytına istinadən verdiyi məlumata görə, hökumət tenderin qalibi elan olunmuş "Lukoyl"dan 56 milyon litr yanacaq alacaq.
Hökumətin yerdə qalan ehtiyaclarını isə "Rompetrol" və "Vissol" şirkətləri ödəyəcək - 5 milyon litr.
Gürcüstanın Dövlət Satınalmalar və Rəqabət üzrə Agentliyindən bildiriblər ki, konsolidə edilmiş tender ölkədə ilk dəfə keçirilib. Burada iştirakçılar üçün maksimal dərəcədə şəffaf prosedurlar və bərabər şərait yaradılıb.
Xatırladaq ki, bu günə qədər Gürcüstanda bütün qurumlar tenderi müstəqil şəkildə keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31