Bayramqabağı ucuzluq davam edəcəkmi?

Yarmarkalarda qiymətlər bazarlarla müqayisədə 15-30 faiz aşağı olub

Məlum olduğu kimi, Yeni İl ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə 28-31 dekabr 2012-ci il tarixlərində Bakı şəhərinin 9 yerində ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilmişdi.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarmarkalarda satışa müxtəlif çeşidli ərzaq və kənd təsərrüfat məhsulları çıxarılıb, qiymətləri bazarlarla müqayisədə 15-30 faiz ucuz olmaqla istehlakçılara təklif edilib.
Yarmarkalarda qiymətlərin aşağı olması digər satış məntəqələrində də qiymətlərə təsir edib, satış məntəqələrində süni qiymət artımı qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31