Əhalinin 70 faizi qeyri-formal sektorda çalışır
8 Yanvar 2013 16:31 İqtisadiyyatAzərbaycan əhalisinin 60-70 faizi iqtisadi cəhətdən qeyri-formal sektorda çalışır. Bunu deyən hüquqşünas Mirzə Manafovun sözlərinə görə, bunu rəsmi dövlət orqanlarının statistik göstəriciləri bar daha təsdiq edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən iqtisadi baxımdan ölkədə 4 milyon 300 minə qədər fəal şəxs qeydiyyatdadır, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınanların sayı 2 milyona yaxındır. Həmçinin nəzərə alınsa ki, bunların arasında ikili mühasibatlığa salınan şəxslərin sayı da kifayət qədərdir, o zaman məlum olur ki, əhalinin 60-70 faizi iqtisadi cəhətdən qeyri-formal sektorda çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31