“Neft Daşları” yatağında 2 yeni quyu istismara verib
8 Yanvar 2013 19:39 İqtisadiyyat"Neft Daşları" yatağındakı 2521 nömrəli özüldən 2530 və 2532 nömrəli quyular qazmadan sonra istismara verilib. "Azadinform" ARDNŞ-ə istinadən xəbər verir ki, "Qala Lay Dəstəsi-3" horizontuna qazılmış 2530 nömrəli quyu sutkalıq 14 ton, "Qala Lay Dəstəsi-4" horizontuna qazılmış 2532 nömrəli quyu isə sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Hər iki quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31