2013-cü ildə 1 milyarddan çox “ağıllı” telefon satılacaq
9 Yanvar 2013 00:35 İqtisadiyyat"Deloitee" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə dünyada 1 milyarddan çox "ağıllı" telefon satılacaq. Şirkətin məlumatına əsasən, 2012-ci ildə dünyada təxminən 900 milyon "ağıllı" telefon satılıb: daha dəqiq məlumat bir qədər sonra açıqlanacaq.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecuritry.ru" saytına istinadən bildirir ki, "Deloitte" analitik şirkətinin təsnifatına əsasən, "ağıllı" telefon kateqoriyasına "qwerty" və ya sensor klaviatura ilə təchiz edilmiş və internetə çıxış imkanına malik mobil qurğular daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31