Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 8 yanvar 2013-cü il tarixdə saat 10:00-dan 17:00-dək "Binə" Qazpaylayıcı Stansiyasından, saat 11:00-dan 16:00-dək isə "Mərdəkan bağları" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri müddətində Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Bİnə qəsəbələrinə və Bağlar massivi adlanan yaşayış məntəqəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31