Neft kəskin ucuzlaşıb
24 May 2012 13:42 İqtisadiyyatDünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. Lent.az-ın "Bloomberg" agentliyinə istinadən məlumatına görə, qiymət ABŞ-da neft məhsulları ilə bağlı statistik məlumatlar və avro zonasından gələn xəbərlər fonunda düşüb.Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neft 1,96 dollar itirərək 89,90 dollar olub. Londondakı "ICE" birjasında isə Brent markalı neft 2,85 dollar ucuzlaşaraq 105,56 dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31