Buğda istehsalı artıb, pambıq isə azalıb

2012-ci ildə Azərbaycanda 2 milyon 802 min 256 ton dənli və dənli paxlalı  məhsul yığılıb. "Olaylar" Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadən xəbər  verir ki, sahələrdən yığılan və dənli paxlalı məhsulun 1 milyon 847 min 414 tonu buğdadır. Bu göstərici ötən illə müqayisədə 12,6 faiz çoxdur. Hesabat dövründə pambıq və şəkər çuğunduru istehsalında azalma müşahidə olunub. Belə ki, əgər 2011-ci ildə  42 min 829 hektar sahədə pambıq əkilib, hər hektardan orta hesabla 15,5 sentner olmaqla 66 min 406 ton məhsul yığılıbsa, 2012-ci ildə 29 min 217 hektar sahədə pambıq əkilib, hər hektardan orta hesabla 19,5 sentner olmaqla 56 min 837 ton məhsul yığılıb. Şəkər çuğunduruna gəlincə, 2011-ci ildə 7 min 301 hektardan 254 min 621 ton, 2012-ci ildə isə 3 min 600 hektar sahədən 121 min 399 ton məhsul yığılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31