Vətəndaşlar əmanətlərin gəlir vergisindən azad edildilər

Milli Məclis əhalinin bank və kredit təşkilatlarındakı əmanətlərinin 1 il müddətinə  gəlir vergisindən azad edilməsi ilə bağlı qərar qəbul edib. \"OLAYLAR"İA\ Bu barədə parlamentin iqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" qanun layihəsi barədə məlumat verərkən bildirib. Komitə sədri əlavə edib ki, hazırda əhalinin banklardakı əmanətlərinin ümumi həcmi 4 mlrd. manatı keçib. "Hesablamalar göstərir ki, 2012-ci ildə bu əmanətlərin sahibləri həmin əmanətlər üzrə 500 mln. manata yaxın gəlir əldə edəcəklər. Bu məbləğdən tutula bilən gəlir vergisinin həcmi isə 60-70 mln. manat ətrafında dəyişir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31