Pulu əllə çıxaracayıq
20 Aprel 2012 13:02 İqtisadiyyat2012-ci ilin sentyabrında Yaponiya ərazisində "Ogaki Kyoritsu Bank" bankının 10 bölməsində ilk biometrik bankomatlar quraşdırılacaq. Pulu hesabdan çıxartmaq üçün artıq plastik karta ehtiyac olmayacaq, sadəcə, əlin iç hissəsini xüsusi skan edən panelə qoymaq, doğum tarixi və pin-kodu daxil etmək kifayətdir. Yeni bankomatlardan istifadə etmək istəyənlər ilk əvvəl bankın ofislərindən birinə getməli və öz biometrik məlumatlarını mütəxəssislərə təqdim etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31