Ermənistan xarici dövlətlərdən asılıdır - ŞƏRH

Vüqar Bayramov: “Bu günki Ermənistan iqtisadiyyatı erməni lobbisinin hesabına dövr edir”

Erməistanda bahalaşmanın artması, ümumidaxili gəlirlərin azalması, işsizliyin səviyyəsinin yüksəlməsi böyük sürət yığıb. Ermənistan iqtisadiyyatı dərin böhran içərisindədir və bu problemdən yaxa qurtara bilmir. Bununla bağlı Ermənistan rəhbərliyi acizlik nümayiş etdirir. "2012-ci ilin Ermənsitan iqtisadiyyatının böhran içərisində olması gözlənilirdi. Çünki, ölkənin iqtisadiyyatı dayanaqlı deyil və Ermənsitanda ümumidaxili məhsulun formalaşmasında mövcud sektorun payı azdır. Bu da iqtisadiyyatın inkişaf etməsinə imkan vermir. Ermənsitanın ümumidaxili məhsulun nominalı 15 milyard dollardır, qiymət enerjisini nəzərə alsaq ümumidaxili məhsulun real dəyəri 22 milyard dollar təşkil edir" deyən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə bir sıra beynəlxalq təşkilatların üzvü olmasına baxmayaraq Ermənistan iqtisadiyyatı MDB ölkələri arasında ən çox inhisarlaşmış iqtisadiyyatı olan dövlətdir. Ermənsitanda eyni zamanda yoxsulluq dərəcəsi yüksəkdir, ölkənin rəsmi statistikasında Ermənsitanda yoxsulluğun səviyyəsi 11% göstərilir, lakin beynəlxalq təşkilatların rəsmi statitikalrında bu rəqəm 35%-dir. Bütün bu göstəricilər göstərir ki, Ermənistan iqtisadiyyatı çox ciddi böhran içərisindədir. Ölkə iqtisadiyyatının böhran daxilində olmasının səbəbi Ermənsitanın xarici borcunun ümumidaxili gəlirlərdən çox olmasıdır və bu borclar Ermənsitanı xarici dövlətlərdən asılı vəziyyətə salır. Xarici borcların böyük hissəsi Rusiyanın payına düşür. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılıq dərəcəsi 2012-ci ildən güclənməyə başlayıb. Rəsmi statistikaya görə Ermənsitanın xarici borcları 6.5 milyard dollardır, bu rəqəm Ermənistanın ümumidaxili gəlirlərinin 62%-ni təşkil edir. Bu nəticəyə görə Ermənistan MDB ölkələri arasında ən pis göstəriciyə malikdir. Xarici borcun ümumidaxili gəlirlərdən çox olması, dövlət rezervlərinin həcminin kiçik olması Ermənsitan iqtisadiyyatın geriləməsində mühüm faktorlardır. Məsələdə ortada olan digər məqam Ermənistan iqtisadiyyatının xaricdəki erməni lobbisindən asılı olmasıdır. Bu cür yardımlarla dövlətin iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil. Razılaşmaq lazımdır ki, bu günki Ermənistan iqtisadiyyatı erməni lobbisnin hesabına dövr edir" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31