Ermənistan ölkədə sərmayə yatırmaları üçün iranlılara səhmlər satacaq
26 Dekabr 2012 13:11 İqtisadiyyatİran və Ermənistan birgə Azad Ticarət Mərkəzi təsis edib və həmin mərkəzin səhmləri iranlılara satılacaq. Bunu İran və Ermənistan müştərək ticarət palatasının Ermənistandan olan sədri Leon Axarunyan deyib. Bu barədə İSNA agentliyi xəbər verir. Axarunyan bildirib ki, hər bir səhmin qiyməti 50 000 rial (5 dollara yaxın) olacaq və hər bir şəxsə 2000 səhm satılacaq. Ümumilikdə 5 milyon səhm satışa çıxarılacaq. "Ermənistan dövləti İranlı investorlara və tacirlərə gömrük, bank güzəştləri ilə yanaşı, ticarət üçün də güzəştlər tətbiq edəcək. Həmçinin böyük sayda səhmlər almış iranlılara Ermənistanda uzun müddət qalmaq hüququ veriləcək", - Axarunyan bildirib. Onun sözlərinə görə, səhmlər İranda rialla satılacaq, lakin Ermənistanda həmin səhmlərin satışından əldə olunana gəlir dollara çevrilərək investisiya yatırılacaq. Bu isə iranlılar üçün iqtisadi baxımdan sərfəlidir.
"İranlılar Ermənsitanda ərzaq məhsulları, tikinti materialları, sənaye texnologiyası, yuyucu vasitələr, ev əşyaları, geyim, çanta, ayaqqabı istehsalı və digər sahələrdə investisiyalar yatıra bilərlər", - Axurunyan deyib.
Ötən gün İran və Ermənistanın müşətərək ticarət palatasının iclası keçirilib.