Ermənistan XİN-in binasına 52 milyon pul qoyulub
Bina hərraca çıxarılıb
26 Dekabr 2012 12:25 İqtisadiyyatErmənistanın Xarici İşlər Nazirliyinin binası hərraca çıxarılacaq. ANS PRESS-in "Aykakan Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, binanın ilkin dəyəri 52 milyon dollar olaraq müəyyənləşdirilib. Qeyd edək ki, bu bina oktyabrın 4-də hökumətin qərarı ilə E.Ernekyana məxsus "Tanqo" şirkətinə satılıb. Ehtimal olunur ki, E.Ernekyan binanı almaq fikrindən daşınıb.
Digər versiyaya görə, isə o, açıq hərracda Ermənistan XİN-in binasını alışını rəsmiləşdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31