Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin taleyi necə olacaq? - AÇIQLAMA
Musa Qasımlı: “İvanişvili layihəni durdurmaq gücündə deyil”
25 Dekabr 2012 16:44 İqtisadiyyatGürcüstanın baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfər edəcəyi bildirlir. Baş nazirinin mətbuat xidmətinin rəhbəri Nana Kandiaşvilinin mətbuata açıqlamasına görə, İvanişvili Bakıya yaxın günlərdə gələcək. Səfər çərçivəsində Gürcüstan və Azərbaycan arasında ikitərəfli əlaqələr və "Bakı-Tiflis-Qars dəmiryolu layihəsi" müzakirə olunacaq. İvanişvilinin səfəri zamanı "Bakı-Tiflis-Qars dəmiryolu layihəsi"nin müzakirəsinə diqqət edən millət vəkili Musa Qasımlının sözlərinə görə layihə ilə bağlı Gürcüstan və Azərbaycan arasında heç bir problem yoxdur: "Dəmiryolu layihəsi artıq həll olunmuş məsələdir, artıq layihə gerçəkləşmək üzrədir. İvanişvilinin Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı mövqeyi əsasən ölkə daxilində prezident Mixail Saakaşvili ilə olan münasibətlərinin çərçivəsinə daxildir. İvanişvili həmin layihəni dayandırmaq gücündə deyil" ("OLAYLAR" İA)