Ölkəyə GMO-nun gətirilməsinin qarşısını almaq mümkün deyil
25 Dekabr 2012 14:59 İqtisadiyyatÖlkəmizi nə qədər GMO-dan qoruyuruqsa-qoruyaq, yenə də bəzi işbazlar ordan-burdan bu məhsulları Azərbaycana gətirib satdırırlar. Hətta, Almaniyada olarkən bizə bildirdilər ki, onlar da GMO-nun ölkəyə daxil olmasının qarşısını tam ala bilmirlər". Bunu deyən millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, , müvafiq qanunvericiliklə GMO-nun Azərbaycana daxil olmasının qarşısının alınmasını nəzərdə tutsaq da, bu məhsulların Azərbaycana gəlməsini tam əngəlləyə bilmirik: "Bu məsələdə bəzən insanların özləri də məsuliyyət daşıyırlar. Yəni, insanlar bazarlara gedirlər, baxırlar, görürlər ki, gözlərinə yaxşı görünür, alırlar, yeyirlər, ancaq sonra başlarına bu cür zərərli məhsullardan nə gələcəklərini bilmirlər. Ona görə bu məsələdə insanlar özləri də çox diqqətli, məsuliyyətli olmalıdır".