Tarif Şurasından AÇIQLAMA: “Hər hansı qiymət dəyişikliyi gündəmdə deyil”
25 Dekabr 2012 14:01 İqtisadiyyat"Gələn il üçün məhsul və xidmətlərdə hər hansı qiymət dəyişikliyi məsələsi Tarif Şurasının gündəmdə deyil". Bu sözləri Modern.az-a açıqlamasında İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. O, bildirib ki, Tarif Şurası kollegial orqan olduğundan belə məsələləri də kollegial qaydada müzakirə edilir.
"Hələ ki, Tarif (qiymət) Şurasının müzakirələrində belə bir məsələ yoxdur"-deyən nazirlik rəsmisinin sözlərinə görə, bu gün məhsul və xidmətlərdə hər hansı qiymət dəyişikliyi məsələsi gündəmdə deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31