“Qrin Hill” MMC bəraət qazandı
25 Dekabr 2012 11:51 İqtisadiyyatVergi Apelyasiya Şurasının iclasında vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "Qrin Hill" MMC-nin rəhbəri Qafarov Mahir İsmayıl oğlunun kameral hesablama bildirişinin ləğv edilməsi və 2006-2007-ci illərə aid vergi-hesab fakturaları üzrə ƏDV məbləğinin əvəzləşdirilməyə qəbul edilməsi barədə təkrar şikayətinə baxılıb. Bu barədə nazirlikdən "OLAYLAR"a verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, müəssisə 03.10.2011-ci il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsinə könüllü ərizə ilə müraciət edərək 01.05.2006-cı il tarixdən ƏDV qeydiyyatına alınmış və vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində 2006-2007-ci illərin müvafiq aylarında əldə etdiyi vergi hesab-fakturalarına görə ƏDV məbləğlərinin əvəzləşdirilməsini tələb etdirib. Qeyd edilən əvəzləşdirmə nəzərə alınmayaraq kameral vergi yoxlaması nəticəsində müəssisəyə 210 min 75,42 manat əlavə vergi məbləği hesablanıb. Müəssisənin vergi orqanına təqdim etdiyi bəyannamələrə və vergi orqanının uçot-məlumat bazasına əsasən müəyyən edilib ki, vergi ödəyicisi 2006-cı ildən bu günədək olan dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Bu səbəbdən də, Vergi Məcəlləsində onun könüllü qaydada ƏDV qeydiyyatına alınmaq hüququ müəyyən edilməyib. Qeyd olunanları nəzərə alaraq, Apelyasiya Şurası təkrar şikayətin təmin edilməməsi və "Qrin Hill" MMC-nin "Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi"nin ləğv edilməsi barədə qərar çıxarıb.