Sement bazarında yoxlama aparılır
24 Dekabr 2012 17:37 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara yolunda "Laçın-1" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Qaradağ L1" adlı M-400 markalı sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, M-300 markalı sementin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə "Qaradağ L1" adlı M-300 və M-400 markalı sementlərin etiketlərində çəkilərinin 401kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən az olduğu müəyyənləşdirilmişdir.
Bundan başqa, müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində istehsalçının adının, netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan qatışığın hazırlanma qaydası və tərkibi barədə məlumatlar verildiyi müəyyən edilmişdir.
Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən "Laçın-1" firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.