Afrikaya qaz ixrac edəcəyik

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Böyük Britaniyanın "Gasol" şirkəti ilə birgə layihə çərçivəsində Benin, Qana və Toqoya maye qaz ixrac edəcək. "APA-Economics"in "International Oil Daily"yə istinadən xəbərinə görə, artıq bununla bağlı "SOCAR Trading" və "Gasol" arasında müqavilə imzalanıb. 

Azərbaycan tərəfi maye qazı Afrikaya - Beninin Kotonu limanına özünün ixtisaslaşmış gəmiləri və üzən anbarları vasitəsilə çatdırmağı öhdəsinə götürür. Buradan isə qaz Benin, Qana və Toqodakı sənaye və energetika müəssisələrinə göndəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31