Braziliyadan Azərbaycana mal ətinin gətirilməsinə qadağa qoyuldu

Azərbaycan Respublikasının Baş Dövlət Baytarlıq Müfəttişi  Braziliyada iribuynuzlu heyvanlar arasında süngərvari ensefalopatiya yoluxucu xəstəliyinin baş verməsi ilə əlaqədar həmin ölkədən iribuynuzlu heyvanların, mal əti və ondan hazırlanmış məhsulların idxalının müvəqqəti dayandırılması barədə  sərəncam imzalayıb. Sərəncamda bildirilir ki,  Braziliyanın Parana ştatında iribuynuzlu heyvanlar arasında Azərbaycan üçün ekzotik tip olan "Süngərvari ensefalopatiya" yoluxucu xəstəliyi aşkarlanıb.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasına Braziliyadan iribuynuzlu heyvanların, mal əti və ondan hazırlanmış məhsulların idxalı müvəqqəti dayandırılsın. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31