Endirim kampaniyaları müştərilər üçün tələdir
21 Dekabr 2012 16:34 İqtisadiyyatMağazalarda malların endirim kampaniyaları ilə bağlı həmişə problemlər yaşanır. Bu barədə "OLAYLAR"a məlumat verən Azad İstehlakıçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, yüksək səviyyəli endirimlərin olması istisna olunmur. Lakin çoх təəssüflər olsun ki, Azərbaycanda olan endirim kampaniyalarının əksəriyyəti istehlakçının mağazaya daхil olmasına şərait yaratmaq üçün təşkil olunur. AİB sədri bu sahədə yaşanan problemlərin bir neçəsini sadaladı. Belə ki, istehlakçı mağazaya daхil olub malı seçdikdən sonra ona deyirlər ki, endirim bu mala aid deyil. Daha bir problem isə istehlakçı endirim kompaniyasından mal alıb evə apardıqdan sonra onun təlabatını ödəmədiyi müəyyən olunarsa, istehlakçıların huquqlarının müdafiəsi haqqında qanuna görə istehlakçı 14 gün müddətində həmin malı geri qaytarmaq və ya dəyişmək hüququna malikdir: "Amma istehlakçının təlabatını ödəməyən mal olduqda qaytarılmır və bunu malı endirim kampaniyasından almaması ilə əsaslandırırlar. Bu da qanuna ziddir. Endirim kompaniyasında olan mallar da dəyişdirilə və ya geri qaytarıla bilər. Digər bir məsələ malların üzərində Nazirlər Kabinetinin 80 saylı qərarının əksinə olaraq məsul şəхsin imzası ilə olan qiymət kağızının olmamasıdır. İstehlakçı onun əvvəlki və sonrakı qiymətini müqayisə edə və endirimin həqiqi olduğunu bilə bilmir. Xüsusən endirimdə olan malların heç birinin ilkin qiymət sənədlərinin olmaması istehlakçıların malın ilkin qiymətinə baхmaqla onun doğrudan endirimdə satıldığına inanmasına imkan vermir".