Maliyyə qaydalarını pozan məmurlar cəzalandırılacaq

Fəaliyyətində maliyyə qaydalarını pozan məmurlar cəzalandırılacaq. Bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının vəzifəli şəxsləri bu əməllər min manatadək olan məbləğdə törədildikdə üç yüz manatdan beş yüz manatadək, bu əməllər min manatdan yuxarı məbləğdə törədildikdə beş yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31