Vergi dərəcələri aşağı salındı
21 Dekabr 2012 15:18 İqtisadiyyatMilli Məclisin dekabrın 21-də keçirilən iclasında Vergi Məsəlləsinə dəyişiklik haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ilk dəfə olaraq idman-mərc oyunları Vergilər Məcəlləsinə salınıb: "Dəyişikliklər ümumilikdə vergi dərəcəsinin aşağı salınmasını özündə ehtiva edir. Bu dərəcələr 30 faizdən 25 dərəcəyə endirilir. Dəyişikliklər nəticəsində fiziki şəxslərə vergi güzəştlərinin illik həcmi 50 milyon manat olacaq. Azərbaycanda yaradılacaq sənaye parklarında sahibkarların torpaq, əmlak vergisindən azad edilməsi barədə maddələr nəzərdə tutulub. Təhsil haqqı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Bu dəyişikliklər Azərbaycanda daha sivil vergi sisteminin tətbiq olunmasına, qeyri-neft sektorunun inkişaf etməsinə səbəb olacaq". Sənəddə həmçinin qeyd olunub ki, vergi orqanları tərəfindən vergi borclarının məcburi alınması zamanı vergi ödəyicilərinin məhkəməyə müraciət imkanlarının genişləndirilir.