Nazirliyin təkliflər sorğusu baş tutmadı
21 Dekabr 2012 11:01 İqtisadiyyatAzərbaycan Respublikası Vergilər Nazirliyinin élan etdiyi tender çərçivəsində təkliflər sorğusu baş tutmayıb. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, tender komissiyası 14 dekabr 2012-ci il tarixində keçirilmiş təkliflər sorğusunu baş tutmamış hesab edib. Tender komissiyası bildirir ki, tender təkliflərindən heç biri müvafiq tələblərə cavab vermədiyindən analitika, audit və proqnozlaşdırma sahələrində yüksək səmərəliliyin təmin olunması məqsədilə yaddaşda hesablamaları yüksək sürətlə aparan analitik platformanın üzərində intellektual təhlil metodlarının tətbiqi üçün xüsusi proqram təminatlarının, avadanlıqların və işlərin satın alınması üzrə təkliflər sorğusu baş tutmamış hesab olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31