"Günəşli" yatağında yeni quyu istismara verilib

"Günəşli" yatağındakı 14-cü özüldən 306 nömrəli quyu qazmadan sonra istismara verilib. Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "28 May" NQÇİ-nin sifarişi ilə Fasilə Lay Dəstəsinə qazılmış quyu 3118-3074 metr intervaldan sutkada 90 ton neft və 10 min kubmetr qaz hasilatı ilə işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31