Mənzillərin qiyməti 6 faiz artıb
20 Dekabr 2012 14:25 İqtisadiyyat2012-ci ilin oktyabr-noyabr aylarında paytaxtın ilkin mənzil bazarında qiymət artımı davam edib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə olunub. Belə ki, paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə hər kvadrat metr üzrə orta qiymət göstəricisi 810,5 manat olub. Bu isə əvvəlki ayla müqayisədə 6 faiz artım deməkdir. Araşdırma zamanı ay ərzində paytaxt üzrə heç bir yeni tikilinin bünövrəsinin qoyulmadığı müəyyən edilib. 919 ədəd yeni tikilidən yalnız 1-də satış tamamlandığından siyahıdan çıxarılıb. Tikinti şirkətlərinin sayı isə 148 təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31