Şüşə ucuzlaşıb, taxta və lambir isə bahalaşıb

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2012-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhərinin müxtəlif rayonları üzrə 37 adda 87 növdə tikinti materialının araşdırılması aparılıb. Birlikdən "Olaylar"a verilən məlumata görə, araşdırma zamanı bəlli olub ki, ötən ayda bəzi tikinti materialları üzrə qıtlığın yaranması məhz həmin materiallar üzrə qiymət artımına səbəb olub. Oktyabr-noyabr aylarında isə bunun əksinə olaraq qiymətlərin azalması ilə müşahidə edilib. Qiymət azalması əsasən Rusiya və Ukraynadan idxal olunan dəmir materiallarında və İran və Türkiyə idxalı olan şüşə, penoplast və şüşə pambıq materiallarında qeydə alınıb. 87 növdə tikinti materialından 20%-i üzrə qiymət azalması baş versə də, qiymət artımı müşahidə edilənlər də (5%) olub. Ən çox qiymət artımı taxta və lambirdə qeydə alınıb. 1 kub metri 225 manata satılan taxta 235 manata, 2,10 manata satılan lambirin isə 2,30 manata təklif edilib. Beləliklə ümumilikdə orta qiymət ötən ayla müqayisədə 2,39% azalma ilə yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31