Suriya 338 milyon cərimə edildi
20 Dekabr 2012 11:55 İqtisadiyyatBirləşmiş Ştatlar məhkəməsi PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana, eləcə də terror təşkilatına maddi dəstək verdiyinə görə, Suriya dövlətinə 338 milyon dollar cərimə kəsib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ağrı dağında qazıntı işləri aparan amerikalı arxeoloqlar Ronald Vatt və Marvin Vilson 21 il əvvəl PKK terror təşkilatı tərəfindən qaçırılmışdı və həmin şəxslərin bir müddət Suriyada saxlanıldığı iddia edilirdi. Qərara görə, Suriya dövləti Vatt və Vilsona 5, onların xanımlarına isə 4 milyon dollar təzminat ödəyəcək. Bundan başqa arxeoloqların nəvələri daxil yaxın qohumlarına 2,5 milyon dollar ödənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31