Ölkənin iki rayonuna verilən mavi qaz dayandırılacaq

Qaz təchizatındakı məhdudiyyətlər təmir işləri ilə əlaqədardır

Təmir işləri ilə əlaqədar bu gün saat 11:00-dan iki sutka ərzində "Ağsu" Qazpaylayıcı Stansiyasından qidalanan "Ağsu" və "Kürdəmir" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri müddətində Kürdəmir və Ağsu rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31