"Dostluq” kinoteatrı və “Şəlalə” şadlıq evi hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi 15 yanvar 2013-cü il tarixdə respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb. Komitədən "Olaylar"a daxil olan məlumata görə, bu dəfə hərraca 5 dövlət müəssisəsi çıxarılacaq. Hərraca çıxarılan müəssisə və obyektlər sıyahısında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 37 ünvanda yerləşən,  İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində olan "Şəlalə" şadlıq evi və Oğuz şəhəri, Heydər Əliyev küçəsi, 142 ünvanında yerləşən, Mədəniyyət və Turizm Nazirliyi, Oğuz rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeçiliyində olan "Dostluq" kinoteatrı da var.  "Şəlalə" şadlıq evinin sahəsi 313,9 kv.m, start satış qiyməti 16 min 649 manat, ilkin satış qiyməti 14 min 152 manatdır. "Dostluq" kinoteatrının sahəsi 58,8 kv.m, start satış qiyməti 5 min 995 manat, ilkin satış qiyməti 5 min 96 manat təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31