İran iqtisadi böhrandan çıxa bilmir - FİKİR

Zahid Məmmədov: “İranda istehsal edilən məhsullar dünya bazarına çıxarılası keyfiyyətə sahib deyil”

İran mətbutına açıqlama verən ölkənin iqtisadiyyat naziri Şəmsəddin Hüseyninin sözlərinə görə beynəlxalq sanksiyalar İranın neft bazarına külli miqdarda ziyan vurub. Hökumətin neft gəlirləri ilə bağlı proqnozu özünü doğrultmayıb deyən Hüseyni həmçinin qeyd edib ki, sanksiyalara görə İran neft gəlirləri 50 faiz azalıb. Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Zahid Məmmədovun sözlərinə görə İran iqtisadiyyatı onsuz da böhran içərisindədir: "Məsələnin ölkə müstəvisində dərinləşməsi üçün neft faktoru əlbəttə təsir edir və digər tərəfdən də qonşu dövlətlərlə apardığı anlaşılmaz siyasət də böhrana təsir edən faktorlardandır. Bir ölkənin ki, pul vahidinin heç bir dəyəri yoxdur və bu amil də İranda ciddi iqtisadi böhranın yaşandığından xəbər verir. İran iqtisadiyyatının ciddi islahatlara ehtiyacı var. İran tamamilə dəyişməlidir, çünki İran müasir zamanın tələblərinə cavab vermir. Düzdür, səhiyyə sahəsində İran müəyyən uğurlar qazanıb və ölkədə dəyişik məhsullar istehsal edilir. Lakin bu məhsulların hamısı çox keyfiyyətsizdir və bunlar dünya bazarına çıxarılası qədər keyfiyyətə sahib deyil. İranın Türkiyə kimi ölkəsi var, Türkiyəyə rəqib olmaq əvəzinə portnyor olsa İran nəinki regionda, hətta dünyada ən güclü dövlətlərdən birinə çevrilər. İran regionda apardığı səhv siyasətinə görə məhz iqtisadi böhran içərisinə girib. Fars hakimiyyəti çıxış yolu kimi məhz atdığı bu addımlardan geri çəkilməlidir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31