Büdcəyə 14.2 milyard manat daxil olub, 12.2 milyard manat isə xərclənib

2012-ci ilin  yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 14.2 milyard manat daxil olub, büdcədən 12.2 milyard manat vəsait xərclənib. \"OLAYLAR"İA\ Bu barədə Maliyyə Nazirliyindən verilən məlumata görə,  bdcə xərclərinin 41.0 faizi və ya 5.0 milyard manatı iqtisadiyyatın inkişafına, 7.9 faizi təhsilə, 12.7 faizi  sosial müdafiə və sosial təminata yönəldilib.  Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 4.6 faizinə bərabər və ya 2016.1 milyon manatlıq profisit yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31