Azərbaycan 150 dövlətlə ticarət əməliyyatı aparıb
17 Dekabr 2012 15:31 İqtisadiyyatÖlkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr aylarında 150 dövlətlə 27.4 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparıb. Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən xarici ticarət dövriyyəsinin 19.7 milyard dollarını və ya 72.0 faizini ölkədən ixrac olunmuş mallar, 7.7 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. \"OLAYLAR"İA\ Ticarət əlaqələrinin 89.8 faizi və ya 24.6 milyard dolları uzaq xarici ölkələrlə, 10.2 faizi (2.8 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılıb. Ölkəmizdən göndərilmiş malların 95.2 faizi uzaq xarici dövlətlərə, 4.8 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş və onun əsas hissəsini mineral məhsullar, ərzaq məhsulları, kimya və neft-kimya sənayesi məhsulları təşkil edib. İdxal olunmuş məhsulların çox hissəsi (75.9 faizi) uzaq xarici ölkələrdən daxil olub. Yanvar-oktyabr aylarında ölkəmizə 27.8 milyon dollarlıq humanitar və texniki yardım daxil olub.