Çində dünyanın ən uzun sürət dəmir yolu xəttinin tikintisi başa çatıb
14 Dekabr 2012 18:08 İqtisadiyyatÇində dünyanın ən uzun sürət dəmir yolu xəttinin tikintisi və istismarına hazırlıq başa çatıb. "Azadinform" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli KİV xəbər verir. Ümumi uzunluğu 2 min 298 kilometr olan xətt Çinin paytaxtını Quandun cənub əyalətinin inzibati mərkəzi Quançjou şəhəri ilə birləşdirəcək.
Daha əvvəl xəttin ayrı-ayrı hissələrində qatarların hərəkəti açıq idi. Dekabrın 26-dan xətt tam kommersiya istismarına veriləcək. Pekin-Quançjou marşrutunda qatarların sürəti saatda 350 kilometr təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31