ARDNŞ dalğıc axtarır
15 Dekabr 2012 04:36 İqtisadiyyatAzərbaycan Dövlət Neft Şirkəti peşəkar dalğıcları işə dəvət edir. Şirkətdən "Azadinform"a verilən məlumata görə, ARDNŞ-nin təlim mərkəzlərinə sənəd qəbulu üzrə Qəbul Komissiyasının dekabrın 10-da keçirilən iclasının protokoluna əsasən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) nəzdində fəaliyyət göstərən Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə (DİHMTM) "I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc" peşəsi üzrə sənəd qəbulu elan edib.
Müsabiqədə şərtlərə cavab verən və yaşı 29-dan çox olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Sənəd qəbulu elektron formatda həyata keçirilir. Müsabiqə müsahibə (qabiliyyət imtahanı daxil olmaqla) və test imtahanı olmaqla iki mərhələdən ibarətdir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının "Karyera" panelində Təlim Mərkəzinə Sənəd Qəbulu bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciət üçün son tarix 27 dekabr 2012-ci ildir. Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yazılı müraciət edə bilərlər.