İrəvanın yeni il qiymətlərinin "gözəllikləri"
Erməni mətbuatının Yeni il qabağı çətinliklər barədə...
14 Dekabr 2012 13:44 İqtisadiyyatYeni il bayramı qabağı İrəvanda tijarət, xüsusilə də ərzaq məhsulları ticarəti nəzərə çarpacaq dərəcədə fəallaşır. Hətta yoxsul ailələr son qəpiklərini delikates almağa sərf etməyə hazır olurlar. Düzdür, onların fikrincə, "delikates" heç də xaricdən baha qiymətə gətirilmiş qara kürü deyil, sadəcə varlılar üçün alışılmış və həmişə işlənən ərzaqlardır ki, yoxsullar adi günlərdə onları ala bilmirlər. Çünki onların qiyməti yüksəkdir... Belə ərzaq məhsullarının ilk sırasında təbii ki, ət gəlir.
Əslində, Ermənistan üzrə minimum istehlak səbətində nəzərdə tutulmuş adambaşına ət və ət məhsulları istehlakı "norması" o qədər aşağıdır ki, bu, hətta məsələ barədə məlumatsız olan insanları da heyrətə salır. Belə ki, cari ilin III rübündə "səbətdə" bu "norma" sutkada cəmi 48,3 qram təşkil edir. Necə deyərlər, gündə yarım sosiska...ans