Gəncənin ərazisi genişləndirir

Şəhərə 2469 ha torpaq sahəsi veriləcək

Dekabrın 14-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. İclasda "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Komitə sədri Arif Rəhimzadə bildirib ki, hazırda Gəncə şəhəri intensiv inkişaf edir və onun Baş Planı hazırlanır. Bu səbəbdən Gəncə şəhərinin ərazisinin genişləndirilməsinə ehtiyac var: "Gəncə ətrafı rayonların elə kənd və qəsəbələri var ki, onlar birbaşa Gəncə şəhəri ilə əlaqədardır. Onların Gəncəyə birləşdirilməsi həm Gəncə, həm də həmin kəndlər üçün cərfəli ola bilər. Məhz bu baxımdan nəzərdə tutlur ki, ümumilikdə sadalanan rayonlardan 2469 hektar ərazi Gəncə şəhərinə verilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31