“Qazprom” Ermənistana satdığı qazın qiymətini artırdı
Bununla bağlı danışıqlar davam edir və yeni qiymətlər dekabrın sonunda elan ediləcək
13 Dekabr 2012 17:04 İqtisadiyyatRusiyanın "Qazprom" şirkəti gələn ildən Ermənistana nəql etdiyi təbii qazın qiymətini qaldırmaqda israrlıdır. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan bildirib.
Onun sözlərinə görə, bununla bağlı danışıqlar davam edir və yeni qiymətlər dekabrın sonunda elan ediləcək.
Xatırladaq ki, rəsmi məlumatlara görə, Ermənistan 100 kebmetr təbii qaz üçün Rusiya tərəfinə 180 dollar pul ödəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31