Azərbaycanda “Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 15) yaradıldı

Azərbaycan Respublikasında əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq Əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində "Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki Komitə (TK 15) yaradılmışdır.
Əmrə əsasən TK-nın Əsasnaməsi, strukturu və tərkibi təsdiq edilmişdir. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur.
Texniki Komitənin əsas vəzifələri taxıl və un məmulatları sahəsində milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrini hazırlamaq, ekspertizasını təşkil etmək, standartlaşdırma sahəsində sənədlərin layihələrinin təsdiq və ya rədd edilməsi barədə əsaslandırılmış təkliflər hazırlamaq və s.dir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31