Yararsız mallar hələ də mağazalarda

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı  Bakının Suraxanı rayonunda S.Cəfərov küçəsi, ev 2 ünvanında yerləşən "Şirin market"də; Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 1C ünvanında yerləşən "Qaraj market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir.  Suraxanı rayonunda Əmircan qəsəbəsində Elşən Atayevə məxsus mağazada; Günəşli qəsəbəsində yerləşən "Rüfət market"də; Yeni Günəşli qəsəbəsində Əlif Aslanova və  Nazim Quliyevə məxsus mağazalarda; Binəqədi rayonunda Biləcəri qəsəbəsindəki "Ülvi market"də və Əhəd Ramazanova məxsus mağazada; Q.Məmmədov küçəsində yerləşən "Halal market"də; saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır.Xırdalan şəhərində - 28-ci məhəllədə Məcnun Bəşirova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilmişdir. Gəncə şəhərində H.Əliyev prospekti və V.Xuluflu küçəsinin kəsişməsində Zakir Hətəmova məxsus mağazada; D.Qorqud küçəsi, 45 ünvanında Oqtay İsmayılova məxsus mağazada; Göygöl şəhərində H.Aslanov küçəsi, 70 ünvanında Nigar Qurbanovaya məxsus mağazada; A.Hacıyev küçəsində Tahir Mehtiyevə məxsus mağazada; Qusar rayonunda Gedəzeyxur kəndində Habil Cəbrayılova məxsus mağazada; Ağdam rayonunda Evoğlu kəndində Sahibəli Fərəcova məxsus mağazada; Cəlilabad şəhərində Qurtuluş küçəsində Həbib Şahverdiyevə məxsus mağazada; Biləsuvar rayonunda H.Əliyev küçəsində Fazilə Kazımovaya məxsus mağazada; Saatlı rayonunda H.Əliyev prospektində Babaş İbrəhimova məxsus mağazada; C.Cabbarlı küçəsində Elxan Quliyevə məxsus mağazada; Masallı şəhərində -Digah şəhərində Elçin Əkbərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Ümumilikdə, monitorinqlər zamanı 380 kq-dan çox yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. 
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31