Hər bir vətəndaş ərzağa 84,4 manat xərcləyib
12 Dekabr 2012 15:06 İqtisadiyyat2012-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 15,4 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb. \"OLAYLAR"İA\ Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 2,4 faiz artaraq 8,6 milyard manata, qeyri-ərzaq mallarının həcmi 19,9 faiz artaraq 6,8 milyard manata bərabər olub. 2011-ci ilin on bir ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 3,9 faiz bəndi azalaraq 55,7 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,3 faiz təşkil edib. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,4 manatlıq qeyri-ərzaq malları alıb.