İpoteka kreditləşməsinə əlavə vəsait cəlb ediləcək

Azərbaycanda 2013-cü ildə ipoteka məqsədləri üçün dövlət xəttilə təqribən 100 milyon manat yönəldiləcək. Bu vəsaitin bir hissəsi güzəştli ipoteka kreditləri (sosial ipteka), qalanı isə kommersiya ipoteka kreditləri üçün nəzərdə tutulub. \"OLAYLAR"İA\  Bu barədə məlumat verən Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, bu  ən zəruri tələbatları ödəməyə imkan verəcək. Baş Bankir əlavə edib ki, gələn il xarici və daxili mənbələrdən ipoteka kreditləşməsinə əlavə mənbələrdən vəsaitin cəlb edilməsi üçün də tədbirlər görüləcək. Bu isə gənc ailələrin ipoteka kreditindən geniş istifadəsinə şərait yaradacaq. E. Rüstəmov onu da bildirib ki,hazırda ölkədəki kommersiya banklarında kredit və depozitlər üzrə faiz dərəcələrinin aşağı enməsi müşahidə olunur ki, bu da inflyasiya trendi ilə bağlıdır. İnflyasiya trendi davam edəcəyi təqdirdə, uçot dərəcəsinin azaldılması ilə bağlı gələn il yenə də qərar qəbul oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31