Azərbaycan ÜTT-də Ermənistanla əməkdaşlıq etməyəcək
12 Dekabr 2012 13:38 İqtisadiyyatAzərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olacağı halda Ermənistanla əməkdaşlıq etməyəcək. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan ÜTT-yə qəbul olunandan sonra Ermənistanla əməkdaşlığa məcbur edilə bilməz: "ÜTT-nin Nizamnaməsində belə bir maddə var ki, siyasi təhlükəsizlik məsələləri nəzərə alınaraq bu və ya digər ölkə bir-biri ilə əməkdaşlıq etmir. Ermənistan ÜTT-yə daxil olarkən erməni tərəfi məktub göndərərək bildirib ki, o, Azərbaycanın bu təşkilata daxil olmasına mane olmayacaq. ÜTT-yə üzv olan ölkə kimi Ermənistan Azərbaycanın quruma qəbulu üzrə işçi qrupun iclaslarında iştirak edir, amma heç bir sual və təklif göndərmir. Çünki cavab almayacağını bilir".