Mərkəzi Bank kommersiya bankları ilə danışıqlara başlayıb

Azərbaycanda fəaliyyət göstərən banklarının 87%-i Mərkəzi Bankın məcmu kapital ilə bağlı minimal tələbinə cavab verir və yalnız 13%-də bununla bağlı problemlər var. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bu banklar məcmu kapitalın çatışmazlığı ilə bağlı problemlərini həll etməlidir və onlara aktivlərin konsolidasiyası tövsiyə olunur ki, bu addımla problemlər həll olunacaq. Bununla bağlı artıq  Mərkəzi Bankla həmin banklar arasında müvafiq danışıqlara başlanılıb. Danışıqlarda həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə təşkilatları da iştirak edir və konsolidasiyanı dəstəkləyir. Hətta bildirilir ki, bu təşkilatlar həmin banklarda müəyyən iştirak payının alınmasına da maraq göstərir. "OLAYLAR"İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31